.png)
1. 0–3 ay Rutinlərə doğru kiçik addımlar
Bu dövrdə tez-tez oyanmaq tamamilə fizioloji haldır.
- Körpəni qucaqlamaq, onu ana südü ilə qidalandırmaq, rahatlamağa kömək etmək vacibdir.
- Amma yataq öncəsi vərdişlər (məsələn: vanna, işığın azaldılması, sakit musiqi) artıq bu dövrdə öyrədilə bilər.
Rutinin əsasını 2. aydan formalaşdırmaq faydalıdır.
2. 4–6 ay: Yuxu təliminə başlamaq üçün ən uyğun dövr
- Bu dövrdə sirkadiyan ritm (gecə–gündüz fərqi) formalaşır.
- Körpə artıq bir neçə saatlıq fasilələrlə yatmağa başlaya bilər.
- Əgər sağlamdırsa, normal çəki artımı varsa, yuxu təliminə başlamaq mümkündür.
Ən vacibi — ana-ata da hazır olmalıdır.
3. Hər körpəyə yuxu təlimi vacibdirmi?
Xeyr.
- Bəzi körpələr təbiətən rahat yatmağa meyillidirlər.
- Amma tez-tez oyanma ailənin yuxusuna təsir edirsə və uşağın ümumi rahatlığını pozursa, yuxu təlimi düşünülə bilər. Əgər körpə xəstədirsə, qaz problemi varsa və ya inkişaf geriliyi müşahidə olunursa — təlim təxirə salınmalıdır.
4. Yuxu təlimi kimlərə verilə bilər?
- 4–6 aydan yuxarı, sağlam və çəkisi normal olan körpələrə
- Ciddi xəstəliyi olmayan,
- Gecə və gündüz fərqini artıq tanıyan uşaqlara
- Və valideynin emosional olaraq hazır olduğu hallarda.
Yuxu təlimi, həm uşağın, həm də ailənin rifahına müsbət təsir göstərir.
5. Təlim zamanı diqqət edilməli məqamlar
- Körpənin tox, rahat və xəstə olmadığından əmin olun.
- Hər axşam eyni saatda, eyni ardıcıllıqla “yatmazdan öncə rutin” qurun.
- Otaq sakit, qaranlıq, sərin və təhlükəsiz olmalıdır.
6. Praktik addımlar
- Körpəni yuxulu, amma hələ oyaqkən yatağa qoyun.
- İlk günlərdə ağlama ola bilər — bu, öyrənmə prosesinin bir hissəsidir.
- Səbir və ardıcıllıq çox vacibdir.
Bir çox ailələrdə 1–2 həftə ərzində əhəmiyyətli dəyişiklik müşahidə olunur.