Avokado: Dəbdə olan yoxsa doğrudan da faydalı qidadır?

Avokado: Dəbdə olan yoxsa doğrudan da faydalı qidadır?

Nəyə görə faydalıdır?
Avokado: 

  • Sağlam yağlarla (xüsusilə monodoymamış yağ turşuları) — beyin və sinir sisteminin inkişafına kömək edir.
  • Vitamin E, C, K, B6 və fol turşusu ilə — immunitet və hüceyrə yenilənməsini dəstəkləyir.
  • Kalium tərkibi banandan belə çoxdur — ürək və əzələ sağlamlığı üçün faydalıdır.

Körpələrə nə vaxtdan vermək olar?
Uptodate və AAP-ə görə:
6 aydan etibarən, əlavə qidalara keçid zamanı avokado vermək olar.
•    Yumşaq, asan əzildiyi üçün ilk qida üçün idealdır.
•    Əvvəlcə az miqdarda, tək qida kimi verilməlidir.
•    Allergiya riski çox aşağıdır.

Necə vermək lazımdır?
•     6–8 ay: Çəngəllə əzilib püresi hazırlanır.
•     9–12 ay: Kiçik yumşaq dilimlər şəklində “finger food” kimi verilə bilər.
•     Əlavə duz, şəkər və ədviyyə qatılmamalıdır.
•     Artığını soyuducuda 1 gün saxlamaq mümkündür.


Unutmayın 
Avokado balanslı pəhrizin bir hissəsi ola bilər, amma tək qida kimi istifadə edilməməlidir.
Meyvə, tərəvəz, taxıl və zülal qrupları ilə birlikdə veriləndə faydası daha çoxdur.

×