2-3 yaş dövründə ərköyünlük deyil, inkişaf əlaməti olan davranışlar

2-3 yaş dövründə ərköyünlük deyil, inkişaf əlaməti olan davranışlar

1.     Hər şeyə “yox” demək, paylaşmaq istəməmək
Bu dövrdə uşaqlar müstəqillik hissini kəşf edir. “Mən” deməyi öyrənirlər.
Bu, inadkarlıq deyil – öz sərhədlərini anlama prosesidir.

2.    Ağlama və qəzəb partlayışları (tantrumlar)
Uşaq duyğularını sözlə ifadə edə bilmədiyi üçün ağlayaraq göstərir.
Bu, emosional tənzimləmə bacarığının hələ formalaşmadığını göstərir.

3.    Daim diqqət istəmək
Anasından, atasından ayrılmaq istəməmək, tək oynamamaq – bağlanma ehtiyacının təbii göstəricisidir.
Bu mərhələ keçicidir.

4.     Əşyaları atmaq, vurmaq kimi davranışlar
Bunlar uşağın emosiyalarını idarə etməyi öyrənmədiyi üçün baş verir.
Sakit və sabit reaksiya göstərmək ən doğru yanaşmadır.

5.     Yuxu və yemək rutinlərinə qarşı çıxmaq
Bu yaşda nəzarət hissi önəmlidir. Uşaqlar bəzən sadəcə “öz qərarlarını vermək” istəyirlər.
Səbrli və ardıcıl davranmaq kömək edəcək.

6.     Unutmayaq
“2–3 yaş dövrü krizi”  inkişaf mərhələsidir və müvəqqəti çətinlikdir. 
Doğru yanaşma ilə bu mərhələ həm uşaq, həm də valideyn üçün daha asan keçə bilər.

 

×