
Reflüksu olan körpələrdə tez-tez qusma və ya ağıza süd gəlməsi müşahidə oluna bilər. Bəzi körpələr qidalanma zamanı narahat olur, əmizdirməni yarımçıq saxlayır və ya süd qəbulundan imtina edir.
Qidalanmadan sonra davamlı ağlama, narahatlıq və kürəyini geriyə doğru yayma reflünün əlamətlərindən biri ola bilər. Hıçqırıq, gəyirmə və ağızdan turş qoxunun gəlməsi də reflüks ilə əlaqəli görülə bilər.
Bəzi uşaqlarda reflüks yalnız həzm sistemi ilə deyil, tənəffüs sistemi ilə də özünü göstərə bilər. Uzunmüddətli öskürək, xırıltı, boğulma hissi və ya təkrarlayan bronxit epizodları reflü ilə əlaqəli ola bilər.
Reflüsü olan körpələrdə yuxuya getməkdə çətinlik və tez-tez oyanma halları da rast gəlinə bilər. Lakin hər qusma reflü xəstəliyi demək deyil. Əgər körpə yaxşı çəki alırsa, ümumi vəziyyəti normaldırsa və aktivdirsə, bu hal çox zaman fizioloji hesab olunur.
Aşağıdakı hallarda isə pediatra müraciət etmək vacibdir:
Kilo artımının zəif olması
Qidalanmadan imtina
Yaşıl və ya qanlı qusma
Göyərmə, nəfəs dayanması və ya boğulma epizodları
Valideynlərin diqqətli müşahidəsi və vaxtında həkimə müraciəti reflüksün düzgün idarə olunmasında mühüm rol oynayır.