
Yaşa uyğun tapşırıqlar seçmək isə ən vacib addımdır.
1. 2–3 yaş üçün uyğun ev işləri:
* Oyuncaqlarını toplamaq
* Evcil heyvana mama vermək
* Çirkli paltarları səbətə atmaq
* Kitablarını yerinə qoymaq
Bu yaşda əsas məqsəd vərdiş yaratmaqdır.
2. 3. 4–5 yaş üçün uyğun ev işləri:
* Yatağını toplamağa çalışmaq
* Masanı silmək
* Toz almağa kömək etmək
* Bitkiləri sulamaq
* Öz çantasını toplamaq
Kiçik köməklər böyük məsuliyyət hissi yaradır.
3. 4. 6–7 yaş üçün uyğun ev işləri:
* Paltarları ayırmaq
* Masa qurmağa kömək etmək
* Otağını toplamaq
* Sadə yemək hazırlığında iştirak etmək
(məsələn: salat qarışdırmaq)
Bu yaşda uşaqlar artıq daha aktiv iştirak edə bilər.
4. 5. 8–9 yaş üçün uyğun ev işləri:
* Qabyuyan maşını doldurmağa kömək etmək
* Yemək hazırlığında iştirak etmək
* Döşəməni silmək və süpürmək
Məsuliyyət bölgüsü uşağın özünə güvənini artırır.
5. 10 yaş və yuxarı üçün:
* Paltar qatlamaq
* Qabyuyanı boşaltmağa kömək etmək
* Böyüklərin nəzarəti ilə sadə yemək hazırlamaq
Artıq daha müstəqil və planlı fəaliyyətlər mümkündür.