
Niyə körpələr üçün yastıq tövsiyə olunmur?
Onurğa və boyun inkişafı:
2 yaşa qədər körpələrin boyun əzələləri və onurğa quruluşu yastıqsız vəziyyətdə daha düzgün formalaşır.
Boğulma və SIDS riski:
Araşdırmalar göstərir ki, yumşaq səthlər və yastıq istifadəsi Qəfləti Körpə Ölümü Sindromu (SIDS) riskini artıra bilər.
Həddindən artıq isinmə:
Baş nahiyəsinin sərbəst qalması bədən temperaturunun tənzimlənməsinə kömək edir.
Tövsiyə:
Körpənizin yatağında yalnız sərt və düz döşək olsun. Əlavə olaraq yastıq, yorğan, oyuncaq və digər yumşaq əşyalar istifadə olunmamalıdır.
Bəs nə zaman yastıq istifadə etmək olar?
Əksər beynəlxalq pediatrik tövsiyələrə görə, yastıq istifadəsinə 2 yaşdan sonra ehtiyac yarana bilər.
Unutmayın: təhlükəsiz yuxu sağlam inkişafın vacib hissəsidir.